“Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlimlər davam edir

16 декабря 2022

Поделиться:

15-16 dekabr 2022-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqının dəstəyi ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri kimi icra hakimiyyəti başçılarının müavinləri üçün təlimlər təşkil edib.

Təlimlərdə gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasəti, gender bərabərsizliyinin səbəbləri və aradan qaldırılması yolları, qlobal trendlər, genderə həssas yanaşma, gender indikatorları və yoxlama alətləri, genderə məsul şəxsin funksiyasının təsviri və idarəetmədə rolu haqqında məlumat verilib.

Tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, Avropa İttifaqı Deleqasiyasının Beynəlxalq Yardım və Əməkdaşlıq Şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova çıxış edib.