31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilir
Поделиться:
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilir.
Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan tədbirdə dəyirmi masa ətrafında müzakirələr aparılacaq.
Dəyirmi masada Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Nizami Cəfərov və Nizami Səfərov, Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Lətifə Əliyeva, İctimai şura üzvləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.