Uşaq Səfirlərimizin iştirak etdiyi 2 komanda “Robotex Azərbaycan”ın qalibidir

15 mart 2024 16:37

Paylaş:

Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı, Məryəm Hacıyeva, Rüfət Əzizzadə və Tunar Məmmədlinin, eyni zamanda Məclisin məktəb nümayəndəsi Zahid İbrahimlinin iştirak etdiyi iki komanda 2-3 mart tarixlərində keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı” Festivalında uğura imza atıb. Belə ki, festivalda Jalə Muradlı, Məryəm Hacıyeva və Zahid İbrahimlinin iştirak etdiyi “Versetech” komandası – I, Rüfət Əzizzadə və Tunar Məmmədlinin üzvü olduğu “Hydrotesk” komandası – II yerə layiq görülüb. Beləliklə, Uşaq Səfirlər Məclisinin 5 nümayəndəsinin hər biri Robotex-in Türkiyədə keçiriləcək növbəti mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən və 2 gün davam edən festivalda 6 universitet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib. Komandalar 18 kateqoriyada və 4 yaş qrupunda (ibtidai, orta, yuxarı siniflər və tələbələr) yarışıblar. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcək. 18 ölkənin iştirakı ilə keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.