Region məktəbliləri arasında “Ən sevdiyim kitab” adlı onlayn müsabiqəyə start verilir

4 aprel 2024 15:58

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) fəaliyyət göstərdiyi rayonlarda (Bakı şəhərinin Xəzər rayonu, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Ağdam, Zaqatala) yaşayan və təhsil alan 1-11-ci sinif şagirdləri arasında mütaliə bacarıqlarının inkişaf etdirilməsi və kitablara sevginin aşılanması məqsədilə onlayn müsabiqəyə start verilir.

Müsabiqədə iştirak etmək istəyən hər bir məktəbli özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu məktəb və sinif, videoda haqqında danışdığı kitabın müəllifi və adı) və videonu (videoda iştirakçı oxuduğu, sevdiyi bir kitab haqqında məlumat verərək, həmin kitabın əhəmiyyətini və başqa şəxslərə oxumaq üçün tövsiyə etməsinin səbəbini izah edəcək) regionmerkez@gmail.com elektron poçt ünvanına göndərəcək və müsabiqənin yekununda hər rayon üzrə qalib seçilən 5 nəfər iştirakçının evində “Oxu guşəsi” (kitab rəfi, yazı masası, yazı masası üçün stul, kitablar və dəftərxana ləvazimatlarından ibarət) yaradılacaq.

 Yuxarıda qeyd edilən rayonlar üzrə məktəbliləri müsabiqədə iştirak etməyə, bilik və bacarıqlarını həmyaşıdları ilə bölüşməyə, mütaliənin, kitab oxumağın əhəmiyyətini daha geniş auditoriyaya çatdırılmasına dəstək göstərməyə dəvət edirik.

Ətraflı məlumat üçün linklər: 

 Müsabiqənin elanı

Əsasnamə