Növbəti “açıq qapı” günü keçirilib

29 mart 2024 16:31

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə 28 mart 2024-cü il tarixdə növbəti “açıq qapı” günü keçirilib.“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsi, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi, Goranboy rayonunun Borsunlu, Saatlı rayonunun Qıraqlı kəndlərində isə səyyar şəkildə keçirilib.

“Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, mediasiya, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, könüllü fəaliyyətlə məşğul olmaq kimi müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.

“Açıq qapı” günündə ümumilikdə 97 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.