İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində fiziki tərbiyə rəhbəri (təlimatçı) vakant vəzifəsi üzrə işə qəbul müsabiqəsi elan edilib

3 aprel 2024 15:47

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin fiziki tərbiyə rəhbəri (təlimatçı) vakant vəzifəsi üzrə işə qəbul müsabiqəsi elan edir.

Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

Vəzifə təlimatları

Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 03 aprel – 06 may 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az electron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək.

Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru

şəh. (+99412) 493-79-62

mob. (+99451) 230-54-87