Bahar Muradova Goranboy rayonunda vətəndaşları qəbul edib

13 mart 2024 17:39

Paylaş:

13 mart 2024-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərinin müraciətləri dinlənilib.
 
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
 
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən ailədaxili münasibətlər, uşaqların müalicəsi, alimentin ödənilməsi, işlə təmin olunma, boşanma nəticəsində yaranan hüquqi problemlərin həlli və digər məsələlərlə bağlı olub.
 
Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.