Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” adlı layihəyə start verildi
Поделиться:
1 sentyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” adlı layihəyə start verilmişdir. Layihənin həyata keçirilməsində əsas məqsəd natamam təhsilli qaçqın və məcburi köçkün qızların müxtəlif sahələr (kompyuter, müasir texniki avadanlıqlardan istifadə, qadın hüquqları ilə bağlı qanunvericilik üzrə məlumatlılığının artırılması və s.) üzrə bilik səviyyələrini artırmaqla onların məşğulluğunun təmin olunması, bununla da cəmiyyətə inteqrasiyasının reallaşdırılması və bilavasitə erkən nikahın qurbanına çevrilməsinin qarşısının alınması olmuşdur. Layihə çərçivəsində təşkil olunan qaçqın və məcburi köçkün qızlara 2 ay müddətində kompüter bilikləri üzrə, eləcə də iş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası üzrə kurslar keçiriləcəkdir. Həmçinin, layihə çərçivəsində qaçqın və məcburi köçkün qızlara və onların ailə üzvlərinə “CEDAW konvensiyası və onun əlavə protokolu”, “Azərbaycan Respublikasının Gender bərabərliyi haqqında qanunu”, “Erkən nikahların qarşısının alınması”, “Məişət zorakılığının qarşısının alınması”, “Qadınların səlahiyyətləndirilməsi”, “İnsan alverinə qarşı mübarizə” və “Qadınların əmək hüququ” barədə ətraflı məlumat veriləcəkdir. Bu məlumatlar ayrıca təşkil olunmuş təlimlərdə təqdim olunacaqdır. Layihə müddətində hər bir seminar zamanı maarifləndirici broşur və materiallar hazırlanaraq təlim iştirakçılarına paylanacaqdır.