Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş görüş keçirilib

1 февраля 2024

Поделиться:

1 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Mərkəzi Seçki Komissiyasının birgə əməkdaşlığı ilə Lənkəran şəhərində qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş görüş keçirilib.

Görüşdə 78 saylı Lənkəran kənd seçki dairəsinin sədri Əlövsət Rufiyev, katibi Eldar Məmmədov çıxış edərək görüşü açıq elan ediblər.

Daha sonra Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətindən, qadınların ictimai-siyasi həyatın hər bir sahəsində fəallıq nümayiş etdirməsinin əhəmiyyətindən danışıb.

Sədr müavini bildirib ki, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq qadınların seçkilərə təşviqi istiqamətində görüşlər və tədbirlər həyata keçirilir. O, qadınlarımızın vətəndaş hüquqlarından istifadə edərək seçki prosesinə aktiv şəkildə qoşulmalarının vacibliyini qeyd edib.