Regionlarda növbəti “açıq qapı” günü keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə 29 yanvar 2024-cü il tarixdə növbəti “açıq qapı” günü keçirilib.
Qeydə alınan müraciətlərdə psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, autizm sindromlu uşaqlar üçün xidmətlər, boşanma, aliment, müalicə, hüquqi yardım, təhsildən yayınma, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək kimi məsələlər yer alıb. Eləcə də uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə Denver II qiymətləndirmə testi keçirilib. Ümumilikdə 79 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.
Qeyd edək ki, “açıq qapı” bəzi rayonlarda səyyar şəkildə təşkil olunub.