Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirən şəxslər üçün təlim keçirilib

22 ноября 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün növbəti təlim keçirilib.

Təlim Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyanın 8.9.3-cü bəndinin icrası məqsədilə keçirilib.

Dövlət İmtahan Mərkəzinin əməkdaşı Elnur Abbasov tərəfindən aparılan təlimdə Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları barədə məlumat verilib, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və səmərəli istifadəsi, dövlət qulluqçusunun peşəkarlığını artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi üçün xidməti fəaliyyətin qiymətləndirilməsinin önəmi vurğulanıb.