Uşaq və Ailələrə Dəstək Mərkəzlərində növbəti “Açıq qapı” günü keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.
UADM-lərin fəaliyyət göstərdiyi bəzi rayonlarda – Ağdam rayonunun Baharlı, Göygöl rayonunun Sarısu, Goranboy rayonunun Rus Borisi, Zaqatala rayonunun Dağlı, Zərdab rayonunun Çallı, Məlikumudlu kənd və qəsəbələrində “Açıq qapı” günü səyyar şəkildə keçirilib.
“Açıq qapı” günündə psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, təhsil məsələləri, aliment, boşanma, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstəklə bağlı ümumilikdə 105 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.