“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində uşaqlarla ilk görüş keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, 7 iyun 2023-cü il tarixindən etibarən həyata keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində, Xızı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə uşaqlarla ilk görüş keçirilib.
3 gün müddətində təşkil edilmiş tədbirdə Xızı rayonunun Altıağac, Şorabad qəsəbələrində və Fındığan, Tıxlı, Yeni Yaşma kəndlərində uşaqların öz hüquqları ilə bağlı maariflənməsi və onlarla interaktiv oyunların keçirilməsi məqsədilə təlimlər həyata keçirilib.
Uşaqların maraqlarına toxunan məsələlərdə onların fəaliyyətinin gücləndirilməsi məqsədilə təlimçilər - Dövlət Komitəsinin əməkdaşı Könül Tağızadə, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşı Aynur Məmmədova və “JOY” Uşaq İnkişaf Mərkəzinin mütəxəssisi, psixoloq Lalə Vəliyeva tərəfindən müxtəlif qrup işləri təşkil olunub, müzakirələr aparılıb, iştirakçılara uşaq hüquqları haqqında məlumatlandırıcı çap materialları, yapışqanlı stikerlər paylanılıb.
Sonda xatirə şəkilləri çəkilib.