Bahar Muradova beynalxalq məktəbə təqaüd qazanan Nəsimi Sadıqlı ilə görüşüb
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Avropa İttifaqının(Aİ) və Birləşmiş Millətlər Təşkilatının(BMT) dəstəyi ilə yaradılan Gürcüstanda Şərq Tərəfdaşlığı Avropa Məktəbinə (Eastern Partnership European School in Georgia) tam təqaüdlə qəbul olunan Nəsimi Sadıqlı ilə görüşüb.
Komitə sədri istedadlı məktəbliyə təbriklərini çatdırıb, növbəti iki illik təhsilində uğur arzu edib.
Qeyd edək ki, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdi olan, müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğur əldə edən Nəsimi daha əvvəl Komitə tərəfindən keçirilən “İTi zəka” hakatonunun qalibi olub və “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsində həvəsləndirici yer qazanıb. Dünya görüşü, istedadı və aktivliyi ilə seçilən Nəsimi eyni zamanda Komitənin Uşaq Səfirlər Məclisinin fəallarındandır.
Dünyada yalnız 20 nəfərə verilən bu təqaüdlə o, növbəti iki təhsil ilini (11 və 12-ci sinif) Beynəlxalq Bakalavr Diplom Proqramı (The International Baccalaureate (IB) Diploma Programme (DP)) ilə davam etdirəcək.