Gəncə şəhərində “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa təşkil olunub

24 мая 2023

Поделиться:

Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə Şuranın, Gəncə Şəhər İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Medianın İnkişafı Agentliyinin, Elm və Təhsil Nazirliyinin regional idarəsinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, habelə regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak edib.

Tədbiri açan Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində təşkil olunmuş tədbirin əhəmiyyətindən danışıb, hazırda uşaq hüquqlarının müdafiəsinin dünyada da ən aktual məsələlərdən biri olmasını bildirib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə “Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun icrası istiqamətində görülən işlər barədə məlumat verib. O, həmçinin informasiya məhsulunun yaş təsnifatının aparılması qaydaları, bu sahədə ekspertlərin attestasiyası haqqında da məlumatları diqqətə çatdırıb.

Komitə nümayəndəsi uşaq hüquqlarının və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı kütləvi informasiya vasitələri nümayəndələrinə, yayımçılara tövsiyələr verib.

Dəyirmi masa qarşılıqlı fikir və təcrübə mübadiləsi, dialoq və müzakirə formatında davam edib.