Regionlarda növbəti “açıq qapı” günü keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə 18 aprel 2023-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü UADM-lərin fəaliyyət göstərdiyi bəzi rayonlarda - Ağdam rayonunun Qərvənd, Göygöl rayonunun Yeni Zod, Goranboy rayonunun Yolpaq-Əhmədabad, Hacıqabul rayonunun Pirsaat, Qəbələ rayonunun Mıxlıqovaq, Saatlı rayonunun Qaracalar, Zaqatala rayonunun Danaçı, Zərdab rayonunun İsaqbağı kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.
“Açıq qapı” günündə daxil olan müraciətlər arasında ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, uşaq inkişafı, psixoloji və sosial xidmət, məişət zorakılığı, aliment, müayinə, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək, həmçinin UADM-lərin xidmətlərindən istifadə (psixoloji konsultasiya, ünsiyyət terapiyası, inkişafetdirici məşğələ) kimi məsələlər yer alıb.
“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 128 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.