“Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində görüş keçirilib

25 апреля 2023

Поделиться:

20 aprel 2023-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN), Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhəri Sabunçu rayonunda yerləşən 307 nömrəli tam orta məktəbdə görüş keçirilib.

“Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində baş tutan görüşün əsas məqsədi məktəblilər arasında məişət zorakılığı, erkən nikah və təhsildən yayınma halları və onların fəsadları ətrafında maarifləndirici işlərin genişləndirilməsidir. İlk olaraq uşaqların hazırladıqları rəsmlərə baxış keçirilib. Daha sonra uşaqların iştirakı ilə təşkil edilmiş bədii hissə nümayiş etdirilib, mövzü ətrafında çıxışlar dinlənilib.

Sonda tədbir zamanı fəallığı ilə seçilən uşaqlar təltif edilib və xatirə şəkli çəkdirilib