Ağdamda Azərbaycanla BMT arasında əməkdaşlığa dair görüş keçirilib
Поделиться:
16 mart 2023-cü il tarixində Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələrə dair görüş keçirilib.
Toplantıda çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova hazırda Azərbaycanda aparılan sülh quruculuğundan, eləcə də qadınların məşğulluğu və inklüzivliyi məsələlərindən bəhs edərək, BMT-ni bu təşəbbüslərə dəstək verməyə çağırıb.
Qeyd edək ki, hökumət və BMT rəsmilərinin iştirak etdiyi toplantıda ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasının daha da sürətləndirilməsi, bu prosesdə azad edilmiş ərazilərin bərpa və yenidənqurma işlərinin rolu, humanitar minatəmizləmə və onun DİM-lərə təsiri, ətraf mühitin qorunması və su ehtiyatlarının səmərəli istifadəsi, habelə kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender və BMT ilə əməkdaşlığın digər istiqamətlərinə diqqət çəkilib.