20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib
Поделиться:
Milli iradəmizin zəfər çaldığı 20 Yanvar faciəsindən 33 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş bu gün xalqımızın yaddaşında milli şüurun oyandığı şərəfli bir tarix kimi yaşayır. Hər il dövlət müstəqilliyimizin bərpası, azadlığımız naminə, Vətənin şərəf və ləyaqətini uca tutaraq, canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərdikləri rayonlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçiriblər.
UADM-lərin, müvafiq qurumların əməkdaşlarının, uşaq, yeniyetmə və gənclərin, şəhid və qazi ailələrinin iştirakı ilə bölgələrdə yerləşən Şəhidlər Xiyabanlarına ziyarətlər təşkil edilib, vətənpərvərlik mövzusunda görüşlər, məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, mövzu ilə əlaqəli filmlər nümayiş etdirilib, şəhidlərimizin ailələri ziyarət edilib.