Обсуждена деятельность Центров поддержки детей и семь

26 декабря 2022

Поделиться:

26 dekabr 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində komitənin mərkəzlərinin direktorları ilə görüş keçirilib.

Görüşdə Komitənin sədr müavini Aynur Sofiyeva və 11 rayon (Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy, Göygöl, İsmayıllı, Qəbələ) üzrə UADM-in direktorları iştirak edib.

Görüşdə 2022-ci ilin yekunları ilə əlaqədar ümumilikdə Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən görülən işlərə nəzər salınıb, mövcud problemlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.

Müzakirələr zamanı UADM-lərdə vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının artırılması, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən tədbirlərin, o cümlədən maarifləndirmə işlərinin reallaşdırılmasında səmərəliliyin artırılmasının zəruriliyi vurğulanıb.