Regionlarda “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib

9 сентября 2022

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Saatlı, Zərdab, Hacıqabul, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 21 avqust – 21 sentyabr “Sülh aylığı” çərçivəsində tədbirlər - rəsm sərgiləri, dəyirmi masa, açıq havada əyləncəli oyunlar, intellektual yarışlar keçirilib.

Tədbirlərdə UADM və aidiyyəti qurumların əməkdaşları, könüllülər, mərkəzlərin xidmətlərindən bəhrələnən, eyni zamanda məktəbəqədər təhsil müəssisələrinin uşaqları iştirak ediblər.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu əlamətdar tarixin yaranmasında məqsəd sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur.