Beynəlxalq Əmək Təşkilatı tərəfindən 12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir

12 июня 2022

Поделиться:

İlk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır. BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya etmişdir. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.

Uşaq əməyinin istismarı uşaqların təhsildən yayınmasına səbəb olur, həmçinin onların fiziki və mənəvi inkişafına mənfi təsir edir. Bu sahədə məlumatlılığın artırılması, ictimaiyyətin diqqətinin bu məsələyə yönləndirilməsi, həmçinin aidiyyəti orqanların bu işdə birgə fəaliyyəti vacibdir. Dövlət Komitəsi də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlayır, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə aidiyyəti qurumların nümayəndələri üçün bir sıra tədbirlər keçirilir.