Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti “açıq qapı” günü keçirir

16 мая 2022

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti “açıq qapı”-nın keçirilməsini nəzərdə tutur.

Ailədaxili münasibətlər, valideyn və uşaqlar arasında ünsiyyət, uşaqlarda davranış problemləri və s. məsələlərlə bağlı müraciətlərin qəbul olunması nəzərdə tutulan “açıq qapı” 24 may 2022-ci il tarixində, saat 10.00-dan 17.00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində, İcma Resurs Mərkəzlərində və Qadın Resurs Mərkəzlərində keçiriləcəkdir.

Açıq qapı 24 may