“Arzulara qanad verək!” qanvermə aksiyası keçiriləcək

8 апреля 2022

Поделиться:

Xüsusi qayğıya ehtiyacı olan uşaqların ictimai həyatın bütün sahələrində iştirakını təmin etmək, eləcə də onlar üçün bərabər imkanlar yaratmaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Dövlət Komitəsinin mütəmadi olaraq bu mövzuda keçirdiyi tədbirlərin davamı kimi 15 aprel 2022-ci il tarixində Mərkəzi Qan Bankı və “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində “Arzulara qanad verək!” adlı növbəti qanvermə aksiyası keçiriləcək.
Gəncə şəhərində fəaliyyət göstərən “Azəralüminium” MMC-nin sənaye müəssisəsində baş tutacaq aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılmasına dəstək göstərməkdir.
Dövlət Komitəsi hər kəsi tədbirdə fəal iştiraka dəvət edir və tədbirin əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini əməkdaşlığa çağırır.