“İnkluziv iqtisadi modelin inkişafı: əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” layihəsi çərçivəsində tədbirlər keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi il ərzində fəaliyyət istiqamətlərinə uyğun olaraq qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif tədbirlər, layihələr həyata keçirir.
Bu istiqamətdə Dövlət Komitəsinin İsmayıllı və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən “İnkluziv iqtisadi modelin inkişafı: əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” layihəsi çərçivəsində tədbirlər keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd aztəminatlı ailələrin və əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi olub.
Layihə çərçivəsində keçirilən təlimlər zamanı iştirakçılara özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, ailə təsərrüfatı və kiçik biznesin yaradılması üçün təmin edilə biləcək dəstək haqqında geniş məlumat verilib, bu sahədə olan mövcud vəziyyət haqqında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimin sonunda iştirakçılara məlumat vərəqələri paylanılıb.