“Gender bərabərliyi və valideynlik məzuniyyətinin gender bərabərliyində rolu” mövzusunda vebinar keçirilib

5 апреля 2022

Поделиться:

BMT-nin Əhali Fondu və "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində RİİB könüllüləri üçün “Gender bərabərliyi və valideynlik məzuniyyətinin gender bərabərliyində rolu” mövzusunda vebinar keçirilib.
Vebinar BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert Elgün Səfərov tərəfindən keçilib.Gender bərabərliyinə dair məlumatlandırmada iştirak edən könüllülər daha sonra layihə fəaliyyətləri çərçivəsində ictimai məkanlarda və sosial mediada təşviqat materiallarının yayılmasına dəstək olacaqlar.
Qeyd edək ki, vebinar Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində təşkil edilib.