“2 aprel Dünya Autizm Məlumatlandırma Günü” ilə bağlı açıq qapı günü təşkil edilib

1 апреля 2022

Поделиться:

1 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “2 aprel Dünya Autizm Məlumatlandırma Günü” ilə bağlı açıq qapı günü təşkil edilib.
“Ana məktəb” uşaq bağçasında baş tutan tədbirdə Komitənin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva və psixoloqu Şəbnəm Cəfərova, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial işçisi Nərmin Mürsəlova, eyni zamanda “Autizmə Erkən Müdaxilə Mərkəzi”nin rəhbəri Aynur Hüseynli iştirak edib.
Açıq qapı günündə uşaqların müayinəsi aparılıb, onlara və valideynlərinə psixo-sosial xidmət göstərilib.