Azərbaycan Dövlət Neft və Sənaye Universitetində məişət zorakılığına həsr olunmuş tədbir keçirilib

29 марта 2022

Поделиться:

28 mart 2022-ci il tarixində “Məişət zorakılığına YOX deyək!” adlı layihə çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin iştirakı ilə baş tutub. Tədbir “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.6-cı “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil və peşə təhsili müəssisələrində mühazirə və seminarların təşkili” bəndinə uyğun olaraq həyata keçirilib.
Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru Ata Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Səmra Əliyeva çıxış ediblər. Tədbirdə məişət zorakılığı nədir, zorakılığın növləri, zorakılıq qurbanları və zorakılığı törədən şəxslərin reabilitasiyası üzrə mexanizmlər, müvafiq istiqamətdə ölkəmizdə mövcud qanunvericilik bazası barədə tələbələrə geniş məlumat verilib. Eyni zamanda Dövlət Komitəsinin məişət zorakılığı ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlər haqqında tədbir iştirakçıları məlumatlandırılıb, “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı təqdimat və “Azərbaycan ailəsi” film festivalına təqdim edilən, məişət zorakılığına həsr olunmuş “Affekt” filmi nümayiş edilib.
Tədbir müzakirələrlə davam edib.