“Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması” mövzusunda növbəti tədbir keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, 30 noyabr 2021-ci il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə “Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərin, insan sağlamlığına müsbət təsir edən amillər və ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlər haqqında məlumat verib.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-mütəxəssisi Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı təqdimatla çıxış edərək, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs edib.
Tədbir müzakirələrlə davam edib.