“Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda keçirilən təlimlər yekunlaşıb
Поделиться:
22 oktyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda beynəlxalq təlimlər sona çatıb.
Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində keçirilib.
Təlimlərdə Dövlət Komitəsi və Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, Komitə yanında İctimai Şuranın üzvləri, Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanları yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tələbələri olmaqla, ümumilikdə 80 nəfər iştirak edib.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.