Dövlət Komitəsinin könüllüləri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim təşkil olunub

15 октября 2021

Поделиться:

15 oktyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) Regional mərkəzlərlə iş şöbəsinin və Şüvəlan UADM-nın əməkdaşları tərəfindən Komitənin könüllüləri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib.
Təlim zamanı ölkəmizdə məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, mövcud qanunvericilik bazası, əsas insan hüquq və azadlıqları, məişət zorakılığından zərər çəkmiş şəxslərin aşkarlanması və onlara zəruri dəstəyin göstərilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində maarifləndirmə işlərinin artırılmasının əhəmiyyətindən bəhs olunub.
Sonda mövzu ətrafında diskussiya aparılıb.