Beynəlxalq Ahıllar Günü münasibəti ilə ailələrə səfər edilib

1 октября 2021

Поделиться:

Dünyada olduğu kimi, ölkəmizdə də hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu məqsədlə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları (UADM) tərəfindən rayonlarda yaşayan tənha, aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud ahıl vətəndaşlar ziyarət edilib, onların qayğıları ilə maraqlanılıb.
Görüş zamanı ahıllar ziyarətdən məmnun olduqlarını, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ahılların ziyarəti növbəti günlərdə də davam edəcək.