1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür

1 октября 2021

Поделиться:

BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən 1 oktyabr - Dünya Ahıllar Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də xüsusi qeyd olunur.

Bu günün təsis olunmasında məqsəd bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltməkdir.

Ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir, təminatlarının artırılması üçün ardıcıl işlər görülür.

Azərbaycanın böyüklərə yüksək hörmət, yaşlılara ehtiram ənənsindən irəli gələrək istər ailədə, istərsə də cəmiyyətdə ahıllara xüsusi dəyər verilir, onların həyat təcrübələri gənc nəslə örnək kimi ötürülür.

Qeyd edək ki, Azərbaycanda yaşı 65-dən  yuxarı olan əhalinin sayı 756.4 min nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 7,5 %-i deməkdir.