Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçirilib
Поделиться:
29 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Korrupsiyaya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət və etik davranış qaydaları” mövzusunda təlim təşkil olunub.
Təlim “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və Azərbaycan Açıq Hökumət Platformasının eksperti Zaur İbrahimli tərəfindən keçirilib.
Təlimçilər mövzular üzrə təqdimatlarla çıxış edərək korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu, Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu haqqında ətraflı məlumat veriblər. Yekunda Komitə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.