Vətəndaşların onlayn qəbulu keçiriləcək
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva 30 iyun 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.
Onlayn qəbul Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq. Qəbulda Ucar və Göyçay rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 11:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.
Əlavə suallar yarandıqda Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinə (020 296 63 61) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (012 498 00 92) müraciət edə bilərsiniz.