Vətəndaşlara yaddaş vərəqələri və bukletlər paylanılıb

22 июня 2021

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlara yaddaş vərəqələri və bukletlər paylanılıb.

Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən “Sağlam həyat naminə erkən nikaha yox deyək!” adlı yaddaş vərəqəsi və “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na əsasən “Qan qohumları arasında nikah və onun fəsadları” adlı buklet hazırlanaraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşlara paylanılıb.