Göyçay rayonunda qadınların məşğulluğuna dəstək layihəsi
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə 2020-ci ilin sentyabr ayından başlayaraq Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və Qadın Resurs Mərkəzinin yaradılması layihəsini həyata keçirir.
Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların sahibkarlıq fəaliyyətinə qoşulması, onlar arasında mikro sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində bilik, bacarıqların və məşğulluğunun artırılması üçün iqtisadi imkanlarının genişləndirilməsidir.
Layihə çərçivəsində sentyabr-oktyabr ayları ərzində Göyçay Rayon İcra Hakimiyyətinin iştirakı ilə rayon və kənd qadınları ilə görüşlər keçirilmiş, həyat şəraiti ilə yaxından tanış olmuş və ehtiyacları müəyyənləşmişdir.
Seçim edərkən həssas qrupdan olan ailələrdən olan qadınlara üstünlük verilmişdir. Seçilmiş, məşğulluğuna dəstək göstəriləcək qadınlar üçün “Özünü təqdim etmə bacarıqları”, “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Gender bərabərliyi və insan hüquqları”, “Erkən nikah və məişət zorakılığı”, “Maliyyə savadlılığı”, “Ailə büdcəsinin idarə olunması”, “Biznesin təşkili və idarə olunması” mövzularında təlimlər keçirilmişdir. Təlimlərdə 30-a yaxın qadın və qız iştirak etmişdir. Cari ilin dekabr ayında qadınlar qeyri-pul şəklində mal material ilə təmin ediləcəklər.