“Sülh Aylığı” ilə bağlı silsilə tədbirlər keçirilib

11 сентября 2018

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən on bir Uşaq və Ailələrə Dəstək Mərkəzləri  “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq keçirilən 21 avqust-21 sentyabr “Sülh Aylığı” ilə bağlı silsilə tədbirlər keçiriblər.

Ağdam UADM Ağdam rayonu Təzəkənd qəsəbəsində sülh aylığına həsr edilmiş yığıncaq, Birinci 4 Yol qəsəbə uşaq baxçasında iki təlim, Hacıqabul UADM Hacıqabul rayonu ”Lalə” uşaq baxçasında, Goranboy UADM Goranboy rayon 3 saylı uşaq baxşasında, Veyisli kənd məktəbində, Göygöl UADM Mərkəzdə və Göygöl rayon Heydər Əliyev adına parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş rəsm müsabiqəsi, İsmayıllı UADM İsmayıllı rayon 3 saylı uşaq baxçasında, Saatlı UADM Saatlı rayon Nərimankənd qaçqın düşərgəsində rəsm müsabiqəsi, Mərkəzdə şeir kompozisiyası, Sabirabad UADM Sabirabad rayon  4 və 5 saylı uşaq baxçasında, S. Vurğun adına 3 saylı orta məktəbdə, Şüvəlan UADM Mərkəzdə, Şağan Mədəniyyət Evində, Xəzər rayon Gənclər Evində, Zaqatala UADM Mərkəzdə, Zərdab UADM Zərdab rayon Tarix və Diyarşünaslıq muzeyinə ekskursiya, Qəbələ UADM 1 saylı orta məktəbdə maarifləndirici tədbirlər keçirilmişdirlər.

Baş tututmuş tədbirlərdə ümumilikdə 550-dən çox insan bəhrələnmişdir.