"Biz gələcəyik!" yay düşərgəsinin iştirakçıları sertifikatla təltif edildi

31 iyul 2023

Paylaş:

23-29 iyul 2023-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Biz gələcəyik!" adlı bir həftəlik yay düşərgəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva bu 7 gün ərzində uşaqların maraqlı təlim və ekskursiyalarda iştirak etməklə müxtəlif bilik və bacarıqlara yiyələndiyini, yay məktəbinin əlverişli bir inkişaf platformasına çevrildiyini qeyd edib. Həmçinin bildirib ki, müvafiq strategiya üzrə keçirilən bu cür tədbirlərin əsas qayəsi uşaq iştirakçılığını təmin etmək və onların inkişafına dəstək olmaqdır.
Çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova düşərgə iştirakçılarının təlim, intelektual oyunlar və idman yarışlarındakı fəal iştiraklarına nəzər yetirib və onlara uğurlar arzu edib.
Bağlanış mərasimi düşərgə iştirakçılarının müvafiq sertifikatlarla təltif edilməsi ilə başa çatıb.