Uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir

26 iyul 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planının icrası istiqamətində uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə Komitənin Ağdam, Goranboy və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə mərkəzlərin xidmətlərindən bəhrələnən, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli oyunlar, o cümlədən peşələrə marağın artırılmasına dair müxtəlif tədbirlər keçirilir.

Qeyd edək ki, yay aylarında bu cür tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.