Türkiyəyə növbəti təcrübə səfəri edilib

29 dekabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Tohum Otizm Vakfı”nın dəvəti ilə Türkiyə Respublikasına növbəti səfəri təşkil olunub.
Səfərin məqsədi autizm sindromlu uşaqların erkən yaşda aşkarlanması və müdaxilə proqramları və onların ailələri ilə iş sahəsində təcrübənin öyrənilməsi istiqamətində Fondun fəaliyyəti ilə yaxından tanış olmaqdır.
Səfərin ilk günündə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Fondun qurucusu Aylin Sezgin və baş direktoru Özgül Gürel ilə görüşüb.
Görüşdə “Tohum Otizm Türkiye Erkən Tanı və Eğitim Vakfı”nın fəaliyyət istiqamətləri, eləcə də Türkiyədə son illərdə autizm sindromlu uşaqlarla görülən işlər barədə geniş məlumatlar diqqətə çatdırılıb.
Səfər zamanı Komitə nümayəndələri Fondun təlim və reabilitasiya mərkəzini ziyarət edərək, autizm sindromlu uşaqların təlim proqramları və yaradılan maddi texniki şəraitlə yaxından tanış olublar.
Səfər çərçivəsində növbəti günlərdə Fondun tabeliyində fəaliyyət göstərən Karyera Modul Mərkəzi və ailə dəstək proqramları ilə tanışlıq nəzərdə tutulur.