“Özümüzü qoruyaq - narkomaniyaya “YOX” deyək” adlı tədbir keçirilib

22 yanvar 2021

Paylaş:

22 yanvar 2021-ci il tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  “Özümüzü qoruyaq – narkomaniyaya “YOX” deyək” adlı onlayn maarifləndirici tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayonunun Tatar kənd tam orta məktəbinin şagirdləri və müəllimləri iştirak ediblər. 
 
Tədbir zamanı “Narkomaniya XXI əsrin bəlası” adlı slayd nümayiş etdirilərək narkomaniyanın cəmiyyətə, insan sağlamlığına ziyanından və törətdiyi fəsadlardan, yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumağın yollarından danışılıb. 
 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.