The next event in the framework of large scaled awareness raising project “Let’s get profit from experience of older persons” was held on 3 September in Mingachevir city.

13 сентября 2015

Поделиться:

Layihə çərçivəsində növbəti tədbir 3 sentyabr 2015-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir şəhərində yerləşən 10 nömrəli tam orta məktəbdə keçirilib.

   Tədbir “Azərbaycan ailəsi” filmlər festivalının iştirakçısı olmuş “Fəridin dünyası” və “Ağ-qara” filmlərinin nümayişi ilə başlayıb.

   Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Ramiz Əliyev bütün qonaqları, tədbir iştirakçılarını salamladıqdan sonra bu cür layihələrin keçirilməsinin əhəmiyyətindən söz açıb və müasir zamanda yaşlı nəslin təcrübələrindən faydalanmağın gənclər üçün önəmindən bəhs edib.

   Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova artıq 2 ildir layihə çərçivəsində həyata keçirilən tədbirlərin bölgələrdə böyük uğur qazandığını qeyd edib, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsində, Azərbaycan ailə dəyərlərinin uzun illər ərzində yaşadılmasında, yaşlı və gənc nəsil arasında dialoqun qurulmasında vacib olan belə tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Respublikamızda son illərə aid nikahların və boşanmaların sayı ilə bağlı statistik göstəriciləri tədbir iştirakçılarının nəzərinə çatdıran S.Qəhrəmanova boşanmaların səbəblərini araşdırmağın və bu istiqamətdə müsbət yönümlü işlər aparmağın vacibliyini qeyd edib. Eyni zamanda respublikamızda ailə məsələləri ilə bağlı aparılan uğurlu dövlət siyasətinin önəmini vurğulayan S.Qəhrəmanova bu istiqamətdə əhalinin mütəmadi olaraq maarifləndirilməli olduğunun önəmindən söhbət açıb.

    Daha sonra Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli “Yaşlı nəslin uğurlu fəaliyyəti gənclərimizə örnəkdir”, Mingəçevir şəhər Ağsaqqallar Şurasının sədr müavini Mayıl İsmayılov “Gənclərin milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların rolu”, Mingəçevir şəhər Xəstəxanasının Doğum şöbəsinin müdiri Zəhra Dumanova “Erkən doğum halları və ona qarşı profilaktiki tədbirlər”, Mingəçevir şəhər Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova “Erkən nikah və onun fəsadları”, Mingəçevir şəhəri YAP təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova “Şəhərin fəal qadınlarının gənclərin tərbiyəsində rolu”, Mingəçevir şəhər polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rövşən Babayev “Məişət zorakılığının profilaktikası”, Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəbin direktoru Xumarə Mikayılova “Təhsildən yayınma gənclərimizin uğurlarını kölgələyir” mövzularında çıxışlar ediblər.

    Çıxışlardan sonra müzakirələr zamanı qeyd olunan mövzular ətrafında Mingəçevir şəhərində İcra Hakimiyyəti, Ağsaqqallar Şurası, Təhsil ocaqları tərəfindən aparılan uğurlu işlər müzakirə olunub və tədbir yekun sözlə başa çatıb.

    Tədbirdə həmçinin rayon icra hakimiyyətinin, daxili işlər orqanlarının nümayəndələri, təhsil işçiləri, ağsaqqallar, ağbirçəklər və gənclər iştirak edib,  iştirakçıların yüksək fəallığı ilə müşaiyət olunan tədbir ərzində maraqlı təkliflər səslənib və fikir mübadiləsi aparılıb.

           Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanmış məlumatlandırma vəsaitləri paylanılıb.