20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçiriləcək
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 Yanvar faciəsinin ildönümü münasibətilə yanvarın 19-da saat 14:00-da Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində anım tədbiri keçirəcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, rayon rəhbərliyinin, 20 yanvar şəhid və zərərçəkmiş ailələrin və rayon icmasının iştirakı ilə keçiriləcək tədbirdə uşaqların ifasında vətənpərvərlik mövzusunda şeir kompozisiyasının, rəsm sərgisinin təqdim olunması və həmin qanlı gecənin əks olunduğu videoçarxın nümayişi nəzərdə tutulur. Tədbir çərçivəsində həmçinin, 20 yanvar hadisələrindən zərər çəkmiş 22 ailəyə ərzaq yardımının verilməsi planlaşdırılır.
Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik. (Ünvan: Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi dalan1, döngə 1)