Liderlik Təlimatı

15 января 2018

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya hökumətinin GİZ tərəfindən həyata keçirdiyi Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı qadın hüquqlarının müdafiəsi istiqamətində birgə vacib maarifləndirmə tədbirləri keçirirlər. Xüsusilə də, regionlarda yerli qərarvermə prosseslərində gender bərabərliyinin təmin edilməsi və qadın bələdiyyələrin təlimləndirilməsi məqsədilə seminarlar və dəyirmi masalalar keçirilir.

Bu isə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət qadın siyasətinin ayrılmaz hissələrindən biridir. Xüsusilə, yerli özünüidarəetmənin (bələdiyyələrin) inkişafı və qadın hüquqlarının müdafiəsi istiqamətində aparılan işlər tərkib hissəsinə daxildir. Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində vacib addımlar atılır.

Bu səmərəli işin davamı olaraq, Komitə ilə GİZ-in birgə əməkdaşlığı nəticəsində yerli siyasətdə təmsil olunan qadınlar üçün “Liderlik təlimatı” adlı vəsait hazırlanmışdır. Təlimat bələdiyyələrdə, yerli icra hakimiyyəti orqanlarında, özəl şirkətlərdə çalışan qadınlara şəxsi keyfiyyətlərini inkişaf etdirərək irəli çəkilməsinə dəstək edir. Liderlik təlimatı ali təhsil ocaqlarında təhsil alan tələbələrə və elmi araşdırma sahələrində fəaliyyət göstərən alimlərə yardımçı ola bilər. Liderlik təlimatı təlimçilər üçün faydalı olacaqdır.

Təlimatda liderlik, liderliyin tərzləri, liderlik xüsusiyyətləri, qadın hüquqları, yerli səviyyədə qadın iştirakçılığı, təşviqat və ictimai məlumatlandırma, hüquqi mexanizmlər, praktik məşğələ-liderlik dəyərləri və digər məsələlər əks olunub.

Ümumiyyətlə, liderlik təlimatı qadın hüquqlarının müdafiəsinə və gender bərabərliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Təlimatın müəllifləri isə ADA Universiteti fondunun prezidenti Natiq Hacıyev, Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının eksperti (Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramı) Fidan Qasımova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, Hüquq elmləri üzrə Fəlsəfə Doktoru Elgün Səfərovdur.

Təlimatın hazırlanmasında Almaniyanın Federativ Respublikasının, Fransanın, Böyük Britaniyanın və digər dövlətlərin müsbət təcrübəsi istifadə edilmişdir.

LİDERLİK TƏLİMATI