Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi Cocuq Mərcanlıda kənd icması ilə görüşüb

21 декабря 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 21-də Cocuq Mərcanlıda kənd icması üçün “açıq qapı” günü keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, “Təmiz ürək” İctimai Birliyinin təmsilçiləri, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin rayonun Cocuq Mərcanlı kəndindən olan ailələr iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə “Aprel şəhidlərinə xatirə”  abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar. Komitə sədri Hicran Hüseynova görüşdəki çıxışında bildirmişdir ki, ötən ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Tarixən burada yaşamış dinc əhalinin öz doğma torpağına qayıtması üçün əsaslı yenidənqurma işləri aparılmışdır, eləcə də ailələrin sosial problemlərinin həlli istiqamətində bir sıra
proqramlar uğurla həyata keçirilir.

Tədbirdə çıxış edən sərhədyanı kənd sakinləri, şəhid ailələri və digər şəxslər Prezident İlham Əliyevə sosial problemlərinin həlli istiqamətində göstərdiyi həssas münasibətə görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra 50 ailəyə ərzaq yardımı və 80-dən çox uşağa yeni il hədiyyəsi təqdim edilmişdir.

Sonda uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.