Masallı rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
Поделиться:
2013-cü ildən başlayan Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 4 sentyabr 2015-ci il tarixdə saat 11:45-də Masallı rayonu, Heydər Əliyev Mərkəzində Cəlilabad, Lənkəran, Astara, Lerik, Biləsuvar, Yardımlı, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Tədbirin işıqlandırılması və birgə əməkdaşlıq üçün KİV nümayəndələrini dəvət edirik.