27 ноября 2017
Noyabrın 24-də Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “25 noyabr qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günü” ilə əlaqədar icmadan olan qadınların iştirakı ilə maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması, onların hüquqlarının müdafiə olunması haqqında geniş söhbət açıldı. Qeyd olundu ki, qadına haqqı olan dəyəri verən cəmiyyətlər həmişə xoşbəxt, azad olur və inkişaf edir.
Tədbir zamanı həmçinin qadınlara qarşı zorakılıqla mübarizə çərçivəsində görülən işlər, qanunvericilik aktları barədə məlumat verilmişdir.
Tədbirin sonunda iştirakçılara maarifləndirmə materialları paylanıldı.