Komitə əməkdaşları “Gender bərabərliyi” mövzusunda regional konfransda iştirak etdilər

9 октября 2017

Поделиться:

Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən Yaxşı Yerli Özünüidarəetməyə Dəstək Proqramı Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində 5-6 oktyabr 2017-ci ildə Gender bərabərliyi mövzusunda Regional Konfrans keçirilib. Konfransın məqsədi yerli özünüidarəetmə orqanlarında – bələdiyyələrdə qadınların rolunu müəyyənləşdirmək, onların diqqətini sosial məsələlərə, qadın və uşaqların problemlərinin həlli məsələlərinə yönəltməkdən ibarətdir. Konfrans bələdiyyə üzvü olan qadınlarin iştirakını gücləndirilməsi üçün instutisional mexanizmlərin və strategiyaların müzakirəsi və mübadiləsi imkanı yaratmışdir. Həmçinin Konfransda beynəlxalq təcrübəyə əsaslanaraq qadın bələdiyyə liderlərinin qarşılaşdığı spesifik problemlər və yerli siyasətdə onların liderlik potensialının gücləndirilməsi üçün müxtəlif strategiyalar konfrans iştirakçıları tərəfindən işçi qruplarında geniş müzakirə aparılıb. 

Konfransda Almaniya Federativ Respublikasının Gürcüstandakı səfirliyinin Cənubi Qafqazda İnkişaf Tərəfdaşlığı üzrə rəhbəri Daniel Haas və  İnsan Hüquqları və Gender Məsələləri üzrə Məsləhətləşmələr təşkilatının eksperti Marion Böker məruzələri dinlənilib. Gender məsələləri üzrə zəngin təcrübəyə malik olan  Marion Böker  konfrans iştiakçılarına Almaniya  təcrübəsini təqdim edib.  Konfransda Cənubi Qafqazdan olan dövlət və qeyri hökümət təşkilatlarının nümayəndələri, millət vəkilləri, bələdiyyə üzvləri və bələdiyyə sədrləri iştirak etmişdirlər.

Hər üç ölkənin QHT təmsilçilərinin mövzuyla əlaqəli geniş məruzələri dinlənilmişdir. Konfransda  ölkənin nümayəndə heyəti tərəfindən  Azərbaycanda Gender problemlərinin həlli istiqmətində  həyata keçirilən dövlət siyasəti , bu sahədə yaradılan  qanunvericilik  bazası, ölkənin  beynəlxalq öhdəlikləri barəsində ətraflı məlumat verilib. Bununla yanaşı konfransda Azərbaycan bələdiyyə qadın üzvləri panel diskussiyyalarda əhəmiyyətli tövhələr verərək, ölkənin yerli idarəetmədə gender siyasətinin nailiyyət və perespektivlərinin nümunəvi model kimi təqdim etmişdilər.

İki gün davam edən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin tərkibində olan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya  və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və baş məsləhətçisi Aynur Veysəlova, Maliyyə Nazirliyinin yerli büdcələrlə iş sektornun baş məsləhətçisi Elnur Vəliyev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı Seymur Nağıyev, “Qadınlar arasında həmrəylik”  İctimai birliyinin sədri Ruhəngiz Hüseynova, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) əməkdaşı Zümrüd Cəlalova, bələdiyyə üzvləri və GİZ-in program üzrə məsul eksperti Fidan Qasımova iştirak etmişdir.

Konfrans zamanı Dövlət Komitəsinin nümayəndələri müzakirələrdə fəal iştirak edərək ölkədə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı hallarının aradan qaldırırlması istiqamətlərində Azərbaycan Respublikasının təcrübəsi ilə bölüşublər. Müzakirə mövzularından bir də gender məsələləri üzrə əlaqələndiricilər (gender fokol-pointlər) olub. Bu sahədə ölkədə aparılan işlər barəsində geniş məlumlar verilib. Konfrans çərçivəsində ölkələr arasında təcrübə mübadiləsi aparılmış və yeni əməkdaşlıq əlaqələrin inkişafı ilə bağlı müvafiq mövzular müzakirə edilib.