Sumqayıt şəhərində ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

5 октября 2017

Поделиться:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam  edir.

12 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sumqayıt şəhərində saat 11:00-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qubadlı, Abşeron,  Zəngilan rayonlarının, Şuşa, Sumqayıt şəhərlərinin sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Sumqayıt şəhərində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.